Advert
Advert

Qlobal karbon emissiyaları artır

Tarix:
Qlobal karbon emissiyaları artır
Reklam

Karbon emissiyalarının artımı ilə bağlı yeni hesabat dərc olunub. Bu sahədə hələlik lider mövqedə yenə də Vyetnam qalır.

Reyting.az-ın məlumatına görə, ekspertlər vurğulayıblar ki, gözləntilərin əksinə olaraq son illərdə ciddi dəyişikliklər baş verməyib və qlobal karbon emissiyaları artmaqda davam edir. Üstəlik, bu artım ölkələr üzrə qeyri-bərabər şəkildə müşahidə olunur.

Son 10 il ərzində ən sürətli artım sənayeləşən və iqtisadiyyatı inkişaf edən ölkələrdə qeydə alınıb. Bu göstəricilərə görə, siyahıda Vyetnam (+106%) ön sıradadır. İndoneziyada artım +63,1 faiz, Hindistanda isə +48,7 faiz təşkil edib.

Eyni zamanda, bəzi inkişaf etmiş ölkələrdə azalma müşahidə olunur. Yeni siyahıda yer alan və nəticələri diqqət çəkən Böyük Britaniyada emissiyalar 28,7 faiz, Almaniyada 27,8 faiz, Yaponiyada isə 23,7 faiz azalıb.

Bu sahədə ən böyük emitentlərdən biri sayılan Çin karbon emissiyalarını artırmağa davam edib. Asiya nəhəngi ilə müqayisədə ABŞ-da həm daxili, həm də xarici bazarlarda azalma müşahidə olunub.

Ekspertlər qeyd ediblər ki, karbon izinin azaldılması artıq strateji hədəfə çevrilib və gələcəkdə bu sahədə dinamika əsasən inkişaf etmiş ölkələrin alternativ enerji mənbələrinə keçidindən asılı olacaq. 

Oqtay Qorçu

Reklam