Advert
Advert

Qlobal narkotik bazarında təhlükəli dönüş başlayıb

Tarix:
Qlobal narkotik bazarında təhlükəli dönüş başlayıb
Reklam

Dünya ölkələrində narkotik alverçiləri müasir texnologiyalardan və qlobal qeyri-sabitlikdən istifadə edərək bazara daha təhlükəli sintetik narkotiklər çıxarırlar.

Reyting.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2026-cı il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, 2024-cü ildə dünyada narkotik istifadəçilərinin sayı 331 milyon nəfərə çatıb. Bu göstərici son 10 ildə 34 faiz artım deməkdir.

Sənəddə qeyd olunur ki, kannabis hələ də dünyada ən geniş istifadə olunan narkotik maddə olaraq qalır.

Bununla yanaşı, sintetik opioidlərin, xüsusilə fentanil və nitazenlərin yayılması sürətlə artır. Ekspertlər xəbərdarlıq edirlər ki, bu tendensiya qlobal narkotik bazarında ciddi və uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.

Oqtay Qorçu
 

Reklam