Advert
Advert

QSC-də yeni kadr təyinatları olub

Tarix:
QSC-də yeni kadr təyinatları olub
Reklam

"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.

Reyting.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.

Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O bundan əvvəl "BakuBus"da çalışıb.

Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək həmin departamentdə Layihə idarəedilməsi şöbəsinin rəisi müavini işləyib.

Reklam