Advert
Advert

Quldurluqda şübhəli şəxs saxlanılıb

Tarix:
Quldurluqda şübhəli şəxs saxlanılıb
Reklam

Polislərin keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

Reyting.az DİN-nin Mətbuat Xidmətinin regional qrupuna istinadla bildirir ki, şübhəli şəxsin yaşadığı evə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.
 

Reklam