Bu gün “Neftçi” – “Qarabağ” matçı keçirilib. Matç “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə bitib.
Reyting.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- “Neftçi”ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz fubtolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə xeyli gün istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm”.
- “Sabah” ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?
- Təbrik edirəm. İstənilən komandamızın uğurunu bildirməliyik. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ay yarımda çempionatın bütün oyunları – “Sabah”la üç, “Neftçi” ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionu oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq...Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır.
- İkincilik də təhlükə altına düşüb. Bu sizi narahat edir?
- Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı “Turan Tovuz”a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlara mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar.
- “Qarabağ”ın çempion olmamasında əsas məsələ, Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi, yoxsa “Sabah”ın gücüdür?
- Bir neçə səbəb var. Baxsaq, ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da haradasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı “Sabah” var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki...