Advert
Advert

Rəqibləri Viktor Orbana qalib gəlib - (Yenilənib)

Tarix:
 Rəqibləri Viktor Orbana qalib gəlib - (Yenilənib)
Reklam

Macarıstanda parlament seçkiləri üzrə səsvermə başa çatıb.

Reyting.az xəbər verir ki, bu barədə Macarıstan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Bildirilir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlansa da, növbədə olan seçicilərə səsvermə imkanı yaradılıb.

Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8 faiz təşkil edib ki, bu da rekord göstəricidir.

***

Son məlumata görə, Macarıstanda keçirilən seçkilərin qalibi müxalifət partiyasıdır. Baş nazir Viktor Orban rəqib “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib.

"Reuters"in məlumatına görə, səslərin 60,24 faizi sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.

“Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban ona zəng vuraraq, təbrik edib.

***

Baş nazir Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.

Reyting.az-ın məlumatına görə, Macarıstan hökumətinin başçısı bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.

E. Kamal
 

Reklam