Advert
Advert

Rəsmi Bakı Venesuelaya başsağlığı verib

Tarix:
Rəsmi Bakı Venesuelaya başsağlığı verib
Reklam

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

Reyting.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Başsağlığında deyilir:

"Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq".

Reklam