Advert
Advert

Əraqçi: İranın münaqişəni davam etdirmək gücü var

Tarix:
Əraqçi: İranın münaqişəni davam etdirmək gücü var
Reklam

“İran ABŞ və İsraillə hərbi əməliyyatların yenidən başlanmasını istəmir, lakin uzunmüddətli münaqişəni davam etdirmək gücünə malikdir”.

Reyting.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Hərbi vəziyyətimiz 40 günlük müharibədən əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Çünki münaqişə zamanı mövcud olmayan yeni imkanlar əldə etmişik. Hərbi sənayemiz daha səmərəli fəaliyyət göstərir. Buna görə də müharibəni lazım olduğu qədər davam etdirmək imkanımız var. Lakin bu, bizim müharibə istədiyimiz anlamına gəlmir”,- deyə o, “Əl-Mayadeen” telekanalına müsahibəsində bildirib.

Əraqçi həmçinin vurğulayıb ki, İran “müharibə axtarmır və bu müharibəni başlatmayıb”.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Tehran da daxil olmaqla, İranın bir sıra iri şəhərlərinə zərbələr endirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildəki hədəflərə qarşı cavab əməliyyatı keçirdiyini elan edib.

Bundan əlavə, Bəhreyn, İraq, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazalarına da zərbələr endirildiyi bildirilib.

Tehran həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı hərbi əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib.

E. Kamal
 

Reklam