Advert
Advert

Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib - (Yenilənib)

Tarix:
Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib - (Yenilənib)
Reklam

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

Reyting.az xəbər verir ki, baş nazir Əli Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərasimdə iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gəliblər.

Vida mərasimində Xalq artistinin sənət yoldaşları, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri də iştirak edirlər.

***

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.

Reyting.az xəbər verir ki, vida mərasimində baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

***

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.

Reyting.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.
 

Reklam