Ankara regionda “ortaq tarixə və ortaq gələcəyə əsaslanan yeni təhlükəsizlik paradiqması” qurmağa çalışır.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bunu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə bölgənin yaşadığı bu çətin dövrdə mənşə, baxış, din fərqliliyini bir kənara qoyub, birlik və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə çalışmaq lazımdır.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə “sülh mesajını qətiyyətlə çatdırır”, “bölgədəki qardaşları - istər kürd, istər ərəb, türkmən, istərsə də fars arasında fərq qoymur”.
Y. Qacar