Advert
Advert

Ərdoğan: Müharibənin məsuliyyətini İsrail daşıyır

Tarix:
Ərdoğan: Müharibənin məsuliyyətini İsrail daşıyır
Reklam

İrana qarşı davam edən müharibəyə görə əsasən İsrail hökuməti məsuliyyət daşıyır.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan paytaxt Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrup toplantısında bildirib ki, "Bu qanunsuz müharibəyə görə əsas məsuliyyəti İsrail hökuməti daşıyır. Bu müharibə təkcə bölgəmizi münaqişə zonasına çevirməyib, həm də bütün bəşəriyyətə iqtisadi yük olub”.

Ərdoğan bölgədə 28 fevralda başlayan münaqişənin ilk ayını başa vurduğunu, artan təhdid və təhlükə səviyyəsilə davam etdiyini bildirib. O, Türkiyənin prioritetinin bu qarışıq dövrdə zərər görmədən irəliləmək və ölkəni alovdan uzaq tutmaq olduğunu deyib.

Prezident daha sonra əlavə edib:

"Regionumuzun üzləşdiyi ən böyük təhlükələr arasında təkcə müharibənin uzanması deyil, həm də onun daha geniş regional münaqişəyə çevrilməsi riskidir. Enerji, nəqliyyat və mülki infrastrukturu hədəfə alan cavab hücumları təəssüf ki, bu ehtimalı artırır".

O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Səudiyyə Ərəbistanı, Misir və Pakistandan olan həmkarları ilə İslamabadda dördtərəfli görüşdə iştirak etdiyini və narahatlıqların, müharibəyə son qoymaq üçün atılan addımların müzakirə edildiyini söyləyib.

Ərdoğan əlavə edib ki, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmilər də öz sahələrində intensiv səylər göstərirlər.

“Qan tökülməsinə son qoymaq, göz yaşlarının quruması, silahların susdurulması və problemlərin diplomatiya yolu ilə həlli üçün ən kiçik bir ümid işığı varsa, bunu ələ keçirmək bizim borcumuzdur”, - deyə o bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, müharibənin başlanğıcından bəri Türkiyənin prinsipial mövqeyi, münasibəti, dünyaya və bölgəyə göndərdiyi mesajlar insanlığın və vicdanın səsi olub.

Ərdoğan bildirib ki, İranla müharibə qlobal sülh vizyonuna xidmət etmir, əksinə, onu sarsıdır. O, diplomatiya, dialoq və kompromisin bu çıxılmaz vəziyyətdən çıxmaq üçün ən böyük vasitələr olduğunu vurğulayıb və maksimalist tələblərdə israr etmək əvəzinə ortaq məxrəc axtarmağın vacibliyini qeyd edib.

"Ümidimiz odur ki, sülh yolu daha çox qan tökülmədən açılacaq və bunun üçün əlimizdən gələni edəcəyik, hətta bu, özümüzü təhlükəyə atmaq demək olsa belə",- deyə Ərdoğan yekunlaşdırıb.

E. Kamal
 

Reklam