“Terrorsuz Türkiyə” prosesi təkcə təhlükəsizlik təşəbbüsü deyil, həm də Türkiyənin yeni yüzilliyi üçün strateji baxışıdır.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Ankarada Milli Təhlükəsizlik Konfransının açılış mərasimində deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə xüsusilə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra “terrorun mənbəyinin aradan qaldırılması” strategiyası sayəsində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uğurlar əldə edib.
Y. Qacar