Advert
Advert

Ərdoğan Trampla regional və qlobal məsələləri müzakirə edib

Tarix:
Ərdoğan Trampla regional və qlobal məsələləri müzakirə edib
Reklam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb.

Reyting.az Türkiyə KİV-lərinə istinadla bildirir ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub.

Prezident Ərdoğan münaqişə zonasında atəşkəsin uzadılması qərarını inkişaf kimi qiymətləndirib, mübahisəli məsələlərin ağlabatan həllinin mümkün olduğuna inandığını bildirib.

Prezident Ərdoğan Suriyada sabitliyin bərqərar olmasının bütün region üçün əhəmiyyətli qazanc olduğunu qeyd edərək, Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini və Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görülməsinin vacibliyini bildirib.

Prezident Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini və Zirvə Görüşünün hər cəhətdən uğurlu olmasını təmin etmək üçün əllərindən gələni etdiklərini deyib.
 

Reklam