Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telekonfrans keçirib.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Söhbət zamanı Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri ilə bağlı məsələlər, o cümlədən region və beynəlxalq hadisələr müzakirə edilib.
Ərdoğan Türkiyənin Yaxın Şərqdə atəşkəsi və regional sülhü, həmçinin Hörmüz boğazının tezliklə açılmasını dəstəklədiyini vurğulayıb. O, bildirib ki, İsrail regionda münaqişələri uzatmağa çalışır və piratçılıq aktları da daxil olmaqla, beynəlxalq hüququ pozmaqda davam edir. Türkiyə lideri İsrailə beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Ərdoğan Türkiyə-Aİ əlaqələrinin əhəmiyyətinin artdığını da bildirib.
Y. Qacar