Advert
Advert

Ərdoğan: Türkiyə-Avropa İttifaqı münasibətləri geosiyasi əhəmiyyət daşıyır

Tarix:
Ərdoğan: Türkiyə-Avropa İttifaqı münasibətləri geosiyasi əhəmiyyət daşıyır
Reklam

Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər geosiyasi əhəmiyyətə malikdir.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbar verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Belçika Kraliçası Matilde ilə görüşündə deyib. 

Türkiyə-Belçika münasibətlərinin vəziyyəti, regional və beynəlxalq məsələlərin müzakirə edildiyi görüşdə 

Ərdoğan iki ölkə arasında ticarət, müdafiə, enerji və kənd təsərrüfatı da daxil olmaqla geniş sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib. 

Dövlət başçısı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

E. Kamal
 

Reklam