Türkiyə Venesuela ilə ticarət, enerji və mədənçıxarma sahələrində əməkdaşlığı inkişaf etdirməyə sadiqdir.
Reyting.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə işgüzar səfərdə olan Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigeslə görüşündə deyib.
Türkiyə lideri və Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodriges İstanbulda danışıqlar zamanı ikitərəfli münasibətləri, eləcə də qlobal hadisələri müzakirə ediblər.
E. Kamal