Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının yaradılmasının 158-ci ildönümü və İnzibati Ədalət Günü münasibətilə keçirilən mərasimdə çıxış edib.
Reyting.az "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Ərdoğan çıxışında yeni konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb.
"Osmanlıdan bəri qəbul edilən dörd konstitusiyaya baxmayaraq, türk millətinin yaxşı bir konstitusiya arzusu hələ də sönməyib. Təəssüf ki, son ikisi çevrilişlərin və qanunsuz müdaxilələrin nəticəsi olub. Bu demokratik rüsvayçılığı düzəltmək Türkiyə siyasətinin borcudur", - deyə dövlət başçısı əlavə edib.
Ərdoğan həmçinin qeyd edib ki, onun hökuməti "hər cür imtiyazlara və ayrı-seçkiliyə son qoyub" və "xalqla respublika arasında çəkilmiş tikanlı məftilləri söküb".
E. Kamal