Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.
Reyting.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.
Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.
Aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcək:
Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.
Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.(APA)