Advert
Advert

Rejissor: Süni intellekt yaradıcılığı əvəz etməməlidir

Tarix:
Rejissor: Süni intellekt yaradıcılığı əvəz etməməlidir
Reklam

Məşhur rejissor Stiven Spilberq Mişel Obama və Qreyq Robinsonla birlikdə qatıldığı "IMO" proqramında süni intellektin kinoda istifadəsi barədə fikirlərini bölüşüb. Hollivud rejissoru bildirib ki, süni intellektin kinonun şərikinə çevrilməsinin əleyhinədir. 

Reyting.az-ın məlumatına görə, Spilberq vurğulayıb ki, ümumiyyətlə, o, süni intellektin tibbi araşdırmalarda, eləcə də məkan seçimində, eyni zamanda digər köməkçi işlərdə çox faydalı ola biləcəyinə inanır. 

Spilberq xatırladıb ki, bir sənətçi kimi onun mövqeyi artıq məlumdur. Rejissorun fikrincə, süni intellekt müasir kinoya müdaxilə etməməli, yaradıcılıqla bağlı qərarlar verməməlidir.

Onun sözlərinə görə, hətta bu dövrdə belə süni intellekt ssenari yazmaqla, eləcə də dialoqlar qurmaqla və ya film çəkilişləri prosesini yönləndirməklə, insan yaradıcılığı tələb edən sahələri mükəmməl səviyyədə əvəz edə bilməz. Rejissor əlavə edib ki, bu sənətin əsasında insan ruhu və insanlıq duyğuları dayanır. 

Spilberqin fikrincə, süni intellekt kinoya sünilik gətirəcək, çünki insanlara məxsus olan bu xüsusiyyətlərin, o cümlədən ülvi hisslərin heç birini alqoritmlərlə yaratmaq mümkün deyil.

Dünya şöhrətli amerikalı rejissor sonda bir daha vurğulayıb ki, süni intellekt sadəcə, alət kimi istifadə olunmalıdır və yaradıcı proseslərdə yekun qərar verməməlidir.

Oqtay Qorçu

Reklam