Rəsmi Roma İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallasa müvafiq sorğu göndərib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial media hesabında paylaşım edib.
Sanksiya tələbinə səbəb yəhudi nazir Ben-Qvirin sosial mediada yayımladığı və beynəlxalq flotiliya Qlobal Sumud fəallarını alçaltması və onlarla vəhşicəsinə rəftar etməsini göstərən videodur.
Məlumata görə, video İtaliyada ciddi etirazlar yaratmağa davam edir. Bununla bağlı Antonio Tayani “X”-də yazıb:
“Mən İtaliya hökuməti adından Aİ-nin ali nümayəndəsindən İsrailin milli təhlükəsizlik naziri Ben-Qvirə qarşı sanksiyalar məsələsini Aİ Xarici İşlər Nazirlərinin növbəti iclasının gündəliyinə daxil etməyi rəsmi şəkildə tələb etdim”.
E. Kamal