Advert
Advert

Röya Ayxanın yeni klipi təqdim olunub - Video

Tarix:
Röya Ayxanın yeni klipi təqdim olunub - Video
Reklam

Xalq artisti Röya Ayxan konsert səhnəsində səsləndirdiyi “Yanındayam” mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib. Musiqisi və sözləri Miroya məxsus olan, aranjimanı SarkhanBeats tərəfindən hazırlanmış ekran işinin rejissoru Elay Elxandır.

Reyting.az xəbər verir ki, klipin çəkilişləri Bakının müasir simasını əks etdirən Ağ Şəhər ərazisində həyata keçirilib. 

“Yanındayam” artıq dinləyicilərin böyük marağı ilə qarşılanaraq özünün növbəti meqahit olacağını indidən göstərir.

Xatırladaq ki, “Yanındayam” ilk dəfə 27 mart tarixində Heydər Əliyev Mərkəzində keçirilən konsert zamanı səsləndirilən kimi sosial şəbəkələrdə böyük əks-səda doğurub və qısa müddətdə geniş maraq qazanıb. Mahnı bu gün rəsmi klipi ilə birlikdə Röya Ayxanın bütün rəqəmsal platformalarında yayımlanıb.(Olay)

 

Reklam