Advert
Advert

Rus ordusu Ukraynanın iki yaşayış məntəqəsinə soxulur

Tarix:
Rus ordusu Ukraynanın iki yaşayış məntəqəsinə soxulur
Reklam

Ukraynanın cənub istiqamətində Rusiya ordusu ilə ən çox hərbi toqquşma Hulyai-Pole istiqamətində qeydə alınır. Rus ordusu bu istiqamətdə Ukraynanın logistikasını kəsməyə, müdafiə mövqelərini tamamilə məhv etməyə çalışır.

Reyting.az xəbər verir ki, bunu Ukrayna ordusunun Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Vladislav Voloşin deyib.

Onun sözlərinə görə, Ukraynanın cənubunda vəziyyət olduqca mürəkkəbdir. Son 24 saat ərzində 30-dan çox hərbi toqquşma qeydə alınıb ki, bunlardan 23-ü Hulyai-Pole istiqamətində olub.

V. Voloşin əlavə edib ki, hərbi toqquşmalar əsasən Hulyai-Pole yaşayış məntəqəsi və Verxnyaya Tersa istiqamətində qeydə alınıb.

Bu arada, Ukrayna Müdafiə Qüvvələri əraziyə nüfuz etməyə çalışan rus hərbi qruplarını müəyyən etmək üçün fəal şəkildə kəşfiyyat və axtarış əməliyyatları aparır.

“Biz həmçinin düşməni məhv etməklə taktiki təşəbbüsü ələ keçirməyə çalışırıq”, - Voloşin qeyd edib.

O, həmçinin bildirib ki, son iki-üç həftə ərzində düşmən cənubun müxtəlif ərazilərində FPV dronlarından istifadəni artırıb.

“Hulyai-Pole istiqamətində Ukrayna müdafiəçilərinin taktiki təşəbbüsü ələ keçirməsinin qarşısını almaq üçün düşmən cəbhə xəttindəki bölmələri Ukrayna logistikasına zərbə vuraraq onları təcrid etməyə çalışır. Daha sonra hava hücumları, pilotsuz təyyarələr və artilleriya zərbələri endirir və bütün müdafiə mövqeyini effektiv şəkildə məhv edirlər. Və bundan sonra düşmən dalğa-dalğa hücum edir. Bu, onların irəliləməsinin yeganə yoludur”, - deyə Voloşin bildirib. 

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələri də düşmən logistikasına zərbə endirir və irəliləməyə çalışır.

V. Quliyev
 

Reklam