Rusiya Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin cəsədini Ukraynaya, Kiyev isə 41 rus hərbçisinin cəsədini Moskvaya təhvil verib.
Reyting.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
2 fevral 2026-cı ildə Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, həlak olanların cəsədlərinin vətənə qaytarılmasına başlandığı 2025-ci ilin iyun ayından bəri Ukrayna tərəfinə 12 mindən çox cəsəd təhvil verilib, Rusiya tərəfi isə 200-dən çox rus hərbçisinin cəsədini alıb.
V. Quliyev