Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri bazar ertəsi günü ölkənin müxtəlif bölgələri üzərində 12 saat ərzində Ukraynaya məxsus 116 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Reyting.az-ın məlumatına görə, nazirliyin açıqlamasında qeyd olunub ki, iyulun 6-da Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Omsk, Smolensk, Tver, Tula, Krasnodar və Moskva vilayətləri, Başqırdıstan və Krım respublikaları, eləcə də Qara və Azov dənizləri üzərində 116 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Bildirilir ki, PUA-lar Rusiyanın müxtəlif bölgələrinin hava məkanında zərərsizləşdirilib.
V. Quliyev