Advert
Advert

Rusiya bombardmançıları Barents və Norveç dənizləri üzərində görünüb

Tarix:
Rusiya bombardmançıları Barents və Norveç dənizləri üzərində görünüb
Reklam

Rusiyanın iki “Tu-160” strateji bombardmançı təyyarəsi Barents və Norveç dənizlərinin neytral suları üzərində təxminən 16 saat davam edən planlı patrul uçuşu həyata keçirib. 

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, missiya zamanı heyətlər havada yanacaq doldurub, həmçinin qırıcı müşayiət uçuşları həyata keçiriblər.

Nazirlik bəyan edir ki, strateji bombardmançılara “MiQ-31” qırıcıları dəstək verib. Uçuş zamanı Rusiya təyyarələri xarici qırıcılar tərəfindən də müşayiət olunub.

Əməliyyat zonasında Norveç Hərbi Hava Qüvvələrinə məxsus olan “F-35” qırıcılarının göründüyü ehtimal edilir.

Yayımlanan görüntülərdə 11 və 15 nömrəli “Tu-160” təyyarələri göstərilir. Bu təyyarələr 121-ci Bombardmançı Aviasiya Alayında yerləşən Rusiya Strateji Aviasiya bölmələrinə məxsusdur.

Rusiya Müdafiə Nazirliyi bu cür uçuşların müntəzəm olduğunu və beynəlxalq qaydalara uyğun olaraq neytral sular üzərində həyata keçirildiyini xatırladıb.

V. Quliyev
 

Reklam