Rusiya Ukraynaya hücumları davam edir. Bu dəfə Dneprdə özəl bir müəssisəyə və Zaporojyedə bir mikroavtobusa hücum olub, ölən və yaralananlar var.
Reyting.az-ın xəbərinə görə, bu barədə Dnepropetrovsk və Zaporojye Regional Polisinin rəisləri məlumat veriblər.
Bildirilir ki, Rusiya qüvvələrinin Dneprə hücumu dörd nəfərin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olub. Yaralananlardan 5 nəfərin vəziyyəti çox ağırdır.
Bundan əlavə, Zaporojye Xüsusi Hərbi Əməliyyatlar Komandanlığının rəhbərinin sözlərinə görə, Rusiya qüvvələri regionda bir mikroavtobusa dronla hücum edib. Hücum nəticəsində iki nəfər həlak olub, biri uşaq olmaqla altı nəfər yaralanıb.
E. Kamal