Advert
Advert

Rusiya Ermənistandan üz döndərib, Azərbaycan bazarına yönəlir

Tarix:
Rusiya Ermənistandan üz döndərib, Azərbaycan bazarına yönəlir
Reklam

Rusiya Ermənistandan idxal etdiyi kənd təsərrüfatı məhsullarını Azərbaycan məhsulları ilə əvəz etməyi planlaşdırır.

Reyting.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Davamlı İnkişafa Nail Olmaq üçün Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov məlumat verib.

B. Titov bildirib ki, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünü Azərbaycandan idxal edilən məhsullarla əvəz etmək niyyətindədir.

O, bu açıqlamanı Beynəlxalq İqtisadi Forumun keçirildiyi Sankt-Peterburqda “RİA Novosti” agentliyinə müsahibəsi zamanı səsləndirib.

Titov vurğulayıb ki, “Ermənistanda itirdiklərimizi Azərbaycanla əvəz edəcəyik. Çünki Azərbaycan daha böyük kənd təsərrüfatı potensialına malikdir və Ermənistandan daha çox məhsul istehsal edir”.

Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sektoru daha geniş imkanlara sahibdir və daha böyük həcmdə tədarük təmin edə bilər. Bu isə mövcud şəraitdə Azərbaycanı Rusiya üçün daha üstün tərəfdaşa çevirir.

Titov Ermənistanın Avropa İttifaqına inteqrasiyasının mümkün nəticələrinə də toxunaraq bildirib ki, bu addım ölkədə ciddi iqtisadi problemlərə səbəb ola bilər. O, iqtisadi qeyri-sabitliyin artacağını və qiymətlərin yüksələcəyini proqnozlaşdırıb.

Onun fikrincə, mənfi dəyişikliklər Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sahələrinə təsir göstərəcək. Xüsusilə enerji sektorunda qiymətlərin artacağı gözlənilir. Hazırda Ermənistan enerjini Avropa bazarındakı qiymətlərdən xeyli aşağı tariflərlə əldə edir. Lakin Avropa İttifaqına (Aİ) qoşulacağı təqdirdə qiymətlər Aİ bazarının tələblərinə uyğunlaşdırılmalı olacaq.

Titov əlavə edib ki, oxşar proseslər ərzaq sektorunda da müşahidə olunacaq və həm idxal məhsulları, həm də daxili bazardakı mallar bahalaşacaq.

O vurğulayıb ki, keçid dövrü nəzərə alınmadan və Rusiya ilə mövcud iqtisadi əlaqələr qorunmadan Aİ ilə inteqrasiya Ermənistan vətəndaşlarının həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər.

V. Quliyev
 

Reklam