Advert
Advert

Rusiya NATO ölkələrini dağıdıcı zərbələrlə hədələyir

Tarix:
Rusiya NATO ölkələrini dağıdıcı zərbələrlə hədələyir
Reklam

Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO ölkələrini Rusiyaya qarşı mümkün hücumun ciddi və dağıdıcı cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib.

Reyting.az xəbər verir ki, bu bəyanatla Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Qərbin heç bir briqada komandiri, heç bir imkan, potensial və ya müdafiə xətti onlara kömək etməyəcək”, - deyən Zaxarova bildirib ki, NATO üzvü olan istənilən dövlətin Rusiyanın hər hansı bölgəsinə hücumu sərt cavabla qarşılanacaq.

Diplomat brifinq zamanı qeyd edib:

“Bir daha vurğulamaq istəyirəm ki, NATO-ya üzv hər hansı dövlət tərəfindən Rusiyanın istənilən bölgəsinə qarşı təcavüz halında cavabımız belə bir ehtiyatsız addım atanlara qarşı qətiyyətli və dağıdıcı olacaq”.

Zaxarova əlavə edib ki, Qərb ölkələri bu cür bəyanat və addımların Avropanı hansı təhlükəli istiqamətə sürüklədiyini dərk etməlidirlər.

E. Kamal

Reklam