Polşa Rusiyanın hava manevrlərinə görə qırıcı təyyarələrini qaldırıb.
Reyting.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkədə məlumat paylaşıb. Qarşıdurmaya səbəb kimi Rusiyanın qonşu ölkənın hava məkanındakı fəaliyyəti göstərilir. Hərbçilər daha sonra əməliyyatın başa çatdığını elan ediblər.
Qeyd edək ki, Polşa mütəmadi olaraq Ukraynada hava hücumu barədə xəbərdarlıqların verilməsi ilə sinxronlaşdırılan belə bəyanatlar yayır. Bundan əvvəl Britaniya və Polşa Rusiyanı “əsas təhlükəsizlik təhdidi” adlandırmışdı. Davam edən münaqişə şəraitində Varşava üçün nümayişkaranə döyüş təlimləri adi təcrübəyə çevrilib.
E. Kamal