Advert
Advert

Rusiya qırıcıları ərəb bazarına girir

Tarix:
Rusiya qırıcıları ərəb bazarına girir
Reklam

Mayın 5-dən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mərakeşə verilməsi nəzərdə tutulan 30 ədəd “Mirage 2000-9” qırıcı döyüş təyyarəsinin təhvilini dayandırıb.

Reyting.az-ın “News” nəşrinə istinadən verdiyi məlumata görə, bu təyyarələr “Əl-Dafra” hərbi bazasında saxlanılır.

BƏƏ təmsilçiləri müvəqqəti ləngimənin səbəbini təhlükəsizlik riskləri, həmçinin “Rafale” qırıcı təyyarələrinin tədarükündə yaranmış gecikmələrlə izah ediblər. Qeyd olunub ki, 2021-ci ildə Mərakeş dövləti ilə BƏƏ arasında imzalanmış müqaviləyə əsasən, əvvəlcədən planlaşdırıldığı kimi, çatdırılma prosesi 2027-ci ilə qədər tamamlanmalı idi.

Məlumatlara görə, son vaxtlar həm BƏƏ, həm də Mərakeş Rusiyanın müasir qırıcılarına daha çox maraq göstərir. Artıq BƏƏ-nin Rusiyanın “Su-57” qırıcı təyyarəsini, Mərakeşin isə yaxın gələcəkdə Rusiyada istehsal olunan və “Su-35” modeli kimi tanınan, texniki baxımdan tam müasir sistemlərlə təchiz edilmiş qırıcı təyyarələri almaq istəyi ilə bağlı müxtəlif nəşrlərdə xəbərlər yayılmağa başlayıb.

Xatırladaq ki, alış-veriş baş tutarsa, bu, tərəflər arasında ilk sövdələşmə olmayacaq. BƏƏ artıq uzun illərdir Rusiya istehsalı olan “Pantsir-S1” hava hücumundan müdafiə sistemlərini alır.

Məlum olduğu kimi, 2025-ci ildə Dubayda keçirilən “Dubai Airshow” hərbi texnika sərgisində iştirak edən BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Rusiya istehsalı olan “Su-57” qırıcı təyyarəsinə böyük maraq göstərmiş, bu döyüş təyyarəsinin xüsusiyyətlərini və bəzi üstünlüklərini şəxsən incələmiş, heyranlığını ifadə etmişdi.

Oqtay Qorçu
 

Reklam