Advert
Advert

Rusiya reaktiv dron hücumlarının sayını artırmağı planlaşdırır

Tarix:
Rusiya reaktiv dron hücumlarının sayını artırmağı planlaşdırır
Reklam

Rusiya kamikadze dronlarının ümumi sayında reaktiv mühərrikli dronların payını 50 faizə çatdırmağı planlaşdırır.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu pilotsuz uçuş aparatlarından (PUA) istifadə taktikasını daim dəyişir, onların sayını artırır və texniki imkanlarını təkmilləşdirir.

“Təcavüzkar tərəf reaktiv mühərrikli hücum dronlarının payını 50 faizə çatdırmağı planlaşdırır. Bu isə bizdən operativ və adekvat cavab tələb edir. Hücum dronlarına qarşı mübarizəyə həsr olunmuş işçi müşavirədə hava hücumundan müdafiə sistemlərimizin effektivliyinin artırılması və yerli istehsal olan tutucu dronların daha da təkmilləşdirilməsi ilə bağlı təklifləri dinlədim”, - deyə Sırski bildirib.

General əlavə edib ki, tutucu dronlar üçün döyüş başlıqlarının istehsalının artırılması məsələsi aktuallığını qoruyur. Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri bu sahədə istehsal imkanlarını genişləndirməyə çalışır.

Baş Qərargah rəisinin sözlərinə görə, Ukraynanın “kiçik hava hücumundan müdafiə” sisteminin inkişafı və onun imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirdiyi sistemli tədbirlər olmasaydı, Rusiyanın gündəlik hava hücumlarının nəticələri daha ağır ola bilərdi.

“Hazırda məhv edilən Rusiya hava hücumu vasitələrinin böyük əksəriyyəti Ukrayna tutucu dronlarının fəaliyyətinin nəticəsidir. May ayı ərzində Ukraynanın üç hava hücumundan müdafiə eşelonunda fəaliyyət göstərən pilotsuz sistemlər müxtəlif tipli 3500-dən çox düşmən PUA-sını məhv edib. Bu dövrdə yalnız vurulan pilotsuz aparatların sayı deyil, həm də “kiçik hava hücumundan müdafiə” sisteminin effektivliyi artıb.

Pilotsuz Sistemlər Qüvvələrinin məsuliyyət daşıdığı ikinci eşelon ən yüksək nəticələri göstərib. Təkcə may ayında burada 1200-dən çox düşmən pilotsuz uçuş aparatı zərərsizləşdirilib”,- deyə Sırski vurğulayıb.

O qeyd edib ki, Müdafiə Qüvvələri hazırda pilotsuz sistemlərin ekipajlarının sayını artırır, şəxsi heyətin hazırlığını davam etdirir və daha iki bölgəni əhatə edəcək dördüncü hava hücumundan müdafiə eşelonunun yaradılması üzərində işləyir.

V. Quliyev
 

Reklam