Rusiya Silahlı Qüvvələrinin Qərbi Ukraynaya hücumundan sonra Rusiyanın Budapeştdəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Reyting.az-ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Peter Magyar bildirib.
Magyar deyib ki, Macarıstan hökuməti Transkarpatiyada baş verən pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir və xarici işlər naziri Anita Orban Rusiya səfirini nazirliyə çağırıb.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın qərb bölgələrinə kütləvi hücum etdiyi bildirilirdi. Hücum nəticəsində Volın və Zakarpatye bölgələrində yaşayış binalarına və vacib infrastruktura ziyan dəyib.
Ukrayna lideri Vladimir Zelenski Rusiyanın 800-dən çox dron istifadə edərək Ukraynaya qarşı ən uzunmüddətli hava hücumlarından birini həyata keçirdiyini bildirib.
Y. Qacar