Advert
Advert

Rusiya-Ukrayna müharibəsi dönüş nöqtəsinə çatır

Tarix:
Rusiya-Ukrayna müharibəsi dönüş nöqtəsinə çatır
Reklam

Rusiyanın Ukraynaya qarşı müharibəsi “dönüş nöqtəsinə” yaxınlaşır. 

Reyting.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Ukrayna-NATO Şurasının qeyri-rəsmi iclasında bildirib.

O, Ukraynanın sadəcə kömək istəmədiyini, NATO ölkələri üçün tərəfdaş olduğunu vurğulayıb.

“Ukrayna sadəcə ianə istəmir; biz təhlükəsizlik təminatçısı, donor və təcrübəmizi müttəfiqlərlə bölüşməyə hazır olan tərəfdaşıq. Müdafiə xərclərinin artırılması sülhün qarantıdır”, - deyə nazir əlavə edib.

O, hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıb. 

“Bu investisiya həyatımıza ən böyük sülh dividendini verəcək”, - deyə diplomat vurğulayıb.

Sibiqa, həmçinin “Moskvaya təzyiqin artdığını” və “müharibədə dönüş nöqtəsinin” yaxınlaşdığını bildirib.

“Ukrayna öz mövqeyini qoruyur və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil. Sülhə nail olmaq üçün üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc”, - deyə nazirin fikrincə, sülh səylərinə yenilənmiş təkan lazımdır.

V. Quliyev
 

Reklam