Advert
Advert

Rusiya Ukraynaya yenidən hücum edib

Tarix:
Rusiya Ukraynaya yenidən hücum edib
Reklam

Rusiya ordusu bu gün günortadan sonra Ukrayna ərazisinə “Şahed” dronları ilə hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Paytaxt Kiyev hücumun hədəflərindən biri olub. Şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumundan müdafiə qüvvələri Kiyevdə fəaliyyət göstərir.

Eyni zamanda, elektron müharibə və rabitə üzrə mütəxəssis və Ukrayna müdafiə nazirinin müşaviri Sergey Fleş Beskrestnov izah edib ki, Rusiya daim “Şahed” dronlarının yerləşdirilməsi taktikasını dəyişdirməyə çalışır.

“Bu dəfə dronlar Belarusun sərhədi boyunca 5-10 km məsafədə, sözün əsl mənasında bir-birinin ardınca və çoxlu sayda hərəkət edirlər. Düşmən mümkün hava hücumundan müdafiə sistemlərimizi həddindən artıq yükləməyə çalışır. Əlbəttə ki, düşmən bu cür hücumlara hazırlaşır, elektron müharibə aktivlərimizin kəşfiyyatını aparır, hava hücumundan müdafiə mövqelərini öyrənir. Və bizim vəzifəmiz düşmənin hərəkətlərini təxmin etməkdir”, - deyə Fleş qeyd edib.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat əvvəllər rus ordusunun Ukraynaya kütləvi zərbə endirməyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, ruslar “Şahed” dronları və raketlərdən də istifadə etməyi planlaşdırır.

Hərbi müşahidəçi Denis Popoviçin sözlərinə görə, Rusiyanın Ukraynaya zərbəsi, ehtimal ki, bu axşam da baş verə bilər. O, həmçinin su təchizatı qurğularının hədəfə alına biləcəyini deyib.

V. Quliyev
 

Reklam