Rusiya Birbaşa İnvestisiya Fondu Çukotka ilə Alyaska arasında tunelin layihələndirilməsinin davam etdirilməsi ilə bağlı müqavilə imzalayacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində məlumat verib.
“Sabah tunelin layihələndirilməsinin davam etdirilməsi ilə bağlı müqavilə imzalayacağıq. Tunel tikiləcək. Bu, ölkələrimiz arasında ən böyük infrastruktur layihələrindən biri olacaq”, - deyə K. Dmitriyev bildirib.
R. Rəcəbov