Rusiya Prezidenti Vladimir Putin Pekində səfərdədir. Səfər Rusiya ilə Çin arasında qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin 25-ci ildönümünə təsadüf edir.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, səfərin əsas işçi proqramı bu gün Pekinin mərkəzi Tiananmen meydanında Rusiya nümayəndə heyətinin qarşılanma mərasimi ilə başlayıb. Bunun ardınca Böyük Sarayda Putinlə Çin sədri Si Cinpin arasında danışıqlar başlayacaq.
Görüşdən sonra tərəflər birgə sənədlər imzalayacaq, liderlər mətbuata açıqlamalar verəcəklər. Həmin gün Vladimir Putin və Si Cinpin imic sahəsində Rusiya-Çin əməkdaşlıq illərinin açılış mərasimində iştirak edəcəklər.
Y. Qacar