Aprelin 1-dən Rusiya vətəndaşları Polşa ərazisinə biometrik olmayan xarici pasportlarla daxil ola bilmirlər.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Varşavadakı səfirliyi yayıb.
Polşa tərəfinin açıqlamasında qeyd olunub ki, qaydaların pozulması rusiyalı şəxslərin Polşanın ərazisində qanunsuz qalması kimi qiymətləndiriləcək, həmçinin bununla bağlı müxtəlif tədbirlər həyata keçiriləcək.
Dəyişikliklər Şengen zonasında sərhəd nəzarətinin yeni biometrik identifikasiya sisteminə keçidi ilə əlaqələndirilir.
Biometrik olmayan, eyni zamanda 5 illik müddət ərzində verilən bu cür pasportlar Almaniya, Çexiya, Rumıniya, Danimarka, Estoniya, Fransa, İslandiya, Latviya və Litva kimi ölkələrdə artıq qəbul edilmir. Yalnız bu ölkələrin sırasında Litva Respublikasından Kalininqrada tranzit səfər istisnadır. Avropa məkanında, Almaniyada isə bununla bağlı qanun bir qədər fərqlidir. Almaniya dövləti əvvəlcədən verilmiş uzunmüddətli vizası olan köhnə pasportlara müvəqqəti istisna tətbiq edir.
Onu da qeyd edək ki, iyun ayından etibarən Norveç, Finlandiya və Maltada də Rusiya vətəndaşlarından biometrik pasport tələb olunacaq.
Oqtay QORÇU