“Ukrayna 9 May - Qələbə Günü Moskvaya zərbə endirərsə, Rusiya silahlı qüvvələri Kiyevi vuracaq”.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nazirliyin Telegram kanalında dərc olunan şərhində bildirib.
Onun sözlərinə görə, Moskva bütün akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara nota göndərərək, əməkdaşlarını Ukrayna paytaxtından təxliyə etməyə çağırıb: “Smolenskaya meydanı onlara izah edib ki, Rusiya Müdafiə Nazirliyi Moskvaya hücum ediləcəyi təqdirdə Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə qaçılmaz cavab zərbəsi endirəcək”.
Y. Qacar