Advert
Advert

Rusiya Yaxın Şərqlə bağlı çağırış edib

Tarix:
Rusiya Yaxın Şərqlə bağlı çağırış edib
Reklam

Rusiya Yaxın Şərqdəki münaqişə tərəflərini regionda genişmiqyaslı müharibənin yenidən alovlanmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Reyting.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Sergey Lavrov bu barədə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani ilə görüşdən sonra bildirib.

Lavrov vurğulayıb ki, Moskva region ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, mülki infrastruktur obyektlərinə hücumları isə qəti şəkildə qəbuledilməz hesab edir.

Nazirlikdən bildirilib ki, görüşdə Yaxın Şərqdəki vəziyyət və İran ətrafında artan gərginlik müzakirə olunub. Tərəflər böhranın həlli üçün siyasi və diplomatik dialoqun vacibliyini vurğulayaraq, region dövlətlərinin maraqlarının nəzərə alınmasının alternativsiz olduğunu qeyd ediblər.

E. Kamal
 

Reklam