Advert
Advert

Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib - Azərbaycandan keçməklə

Tarix:
Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib - Azərbaycandan keçməklə
Reklam

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib.

Reyting.az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.

Reklam