Advert
Advert

Rusiyalı din xadimi Çexiyada saxlanılıb

Tarix:
Rusiyalı din xadimi Çexiyada saxlanılıb
Reklam

Rusiya Mitropoliti İlarion-Alfeyev Çexiyanın Karlovı Varı şəhərində polislər tərəfindən saxlanılıb. Onun olduğu avtomobilə baxış keçirilən zaman maşının yük yerindən "ağ rəngli maddə" olan dörd kiçik konteyner aşkar edilib. 

Reyting.az xəbər verir ki, Mitropolit bununla bağlı açıqlama yayıb və o, qadağan olunmuş maddələrlə əlaqəsini qəti şəkildə inkar edib. 

Daha sonra İlarion ona qarşı qərəzli yanaşıldığını bildirib. Rus din xadimi həmçinin müstəqil ekspertiza tələb edib.

Alfeyevin vəkili Mixal Pakovski isə çexiyalı polis əməkdaşlarının avtomobili əvvəlcədən güddüyünü, maşında yoxlama prosesində İlariona baxış tədbirinə nəzarət etməyə imkan verilmədiyini söyləyib.

Bunun bir təsadüf olmadığını hesab edən  İlarion vurğulayıb ki, son aylar o, dəfələrlə anonim təhdidlər də alıb.  

Mitropolit İlarion 2009-cü il və 2022-ci illər ərzində Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığı Xarici Kilsə Əlaqələri şöbəsinə rəhbərlik edib və nüfuzuna görə, patriarx Kirillin yeganə varisi sayılıb. Lakin 2024-cü ilin sonunda ona qarşı qaldırılan qalmaqallı ittihamlardan sonra Mitropolit İlarion Kilsə tərəfindən vəzifədən uzaqlaşdırılıb.

Çexiya polisinin açıqlamasında bildirilir ki, mənbəyi şübhəli bu "ağ rəngli maddə"nin narkotik, yaxud da digər qadağan edilmiş maddə olub-olmadığı ekspertizadan sonra məlum olacaq.

Oqtay Qorçu
  
 

Reklam