Böyük Britaniyanın baş naziri Kir Starmer Con Healeyin istefasındən sonra yeni müdafiə nazirinin adını elan edib.
Reyting.az xəbər verir ki, Starmerin ofisinin yaydığı məlumata görə, Rusiyanın “G7”-yə qayıtmasını müdafiə edən Den Carvis müdafiə naziri təyin edilib.
Məlumatda o da qeyd olunur ki, Kral III Çarlz bu təyinatı təsdiqləyib. Bu vəzifəyə qədər Carvis daxili işlər nazirinin müavini postunu tuturdu.
Ötən il Den Carvis bəyan etmişdi ki, Moskvanın “böyük yeddilər”-ə qayıtması və blokun “G8” formatına dönməsi məsələsi beynəlxalq tərəfdaşlarla müzakirə edilməlidir.
E. Kamal