Advert
Advert

Rusiyanı tərk edənlərin əmlakı müsadirə olunacaq

Tarix:
Rusiyanı tərk edənlərin əmlakı müsadirə olunacaq
Reklam

Rusiya Prezidenti Vladimir Putin xaricdə olan Rusiya vətəndaşlarının "dövlətin maraqlarına zidd hərəkətlərə" görə inzibati məsuliyyətə cəlb edilməsinə icazə verən qanunu imzalayıb.

Reyting.az xəbər verir ki, bu "cinayətlərə" dövlət başçısını və ya vəzifəli şəxsləri təhqir etmək, ordunu "ləyaqətsizləşdirmək", sanksiyalara çağırmaq və SSRİ-ni Nasist Almaniyası ilə açıq şəkildə müqayisə etmək daxildir.

Qanun ölkəni tərk edən rusların əmlakının və hesablarının təhlükəsizlik tədbiri olaraq müsadirə edilməsinə icazə verir - onlar cərimə ödənilənə qədər həbsdə qalacaqlar. Əmlakın dəyəri istənilən ola bilər, o cümlədən cəriməyə qeyri-mütənasib.

Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.

V. Quliyev
 

Reklam