Rusiya qoşunları Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirib və nəticədə 12 nəfər həlak olub.
Reyting.az xəbər verir ki, bu barədə Zaporojyenin rəhbəri İvan Fedorov bildirib.
Atəş nəticəsində 10-dan çox nəqliyyat vasitəsinin yerləşdiyi yanacaqdoldurma məntəqəsində, eləcə də özəl müəssisənin ərazisində yanğın baş verib.
"Xilasedicilər yanğın baş verən ərazilərdəki bütün yanğınları söndürüblər. Dövlət Təcili Yardım Xidmətinin psixoloqları altı uşaq və iki əlilliyi olan şəxs də daxil olmaqla 38 nəfərə yardım göstəriblər. Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir. Təcili xilasetmə əməliyyatları davam edir", - deyə açıqlamada bildirilib.
V. Quliyev