Advert
Advert

Rusiyanın İsveçdən tələbi var

Tarix:
 Rusiyanın İsveçdən tələbi var
Reklam

Stokholmdakı Rusiya səfirliyinə yenidən dron hücumu edilib. Bundan sonra Moskva İsveç Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək hadisənin araşdırılması ilə bağlı məlumat tələb edib. 

Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev bildirib.

Diplomatın sözlərinə görə, Rusiya İsveç hakimiyyətinin araşdırmanın nəticələri barədə Moskvaya dərhal məlumat verməsinə ümid etdiyini təkrarlayıb.

Belyayev qeyd edib ki, 2024-cü ilin may ayından bəri Stokholmdakı Rusiya diplomatik nümayəndəliyi 25-dən çox dron hücumuna məruz qalıb. O, son hadisə zamanı dronun özünün ilk dəfə müşahidə olunduğunu iddia edib. Səfir cihazın evdə hazırlandığını, 3D printerlə hazırlanmış hissələrdən yığıldığını və ehtimal ki, qısa mənzilli olduğunu iddia edib. Bu isə aparatın birbaşa Stokholmdan buraxıldığını göstərə bilər.

Səfir həmçinin bildirib ki, iki ildir davam edən bu cür hücumlar zamanı Rusiya tərəfi hələ də İsveç hakimiyyətindən heç bir iş üzrə araşdırmanın nəticələrini almayıb.

E. Kamal
 

Reklam