Advert
Advert

Rusiyanın raket komponentləri istehsal edən zavodu vurulub

Tarix:
Rusiyanın raket komponentləri istehsal edən zavodu vurulub
Reklam

Bu gün günortadan sonra Rusiyanın Voronej şəhərində güclü partlayış səsləri eşidilib. İlkin məlumata görə, yerli yarımkeçiricilər fabriki “Sborka”ya hücum olub.

Reyting.az xəbər verir ki, zavoddan qalxan qalın tüstü buludunu göstərən videolar internetdə yayılır. 

İlkin məlumata görə, Voronej şəhəri Ukrayna ordusu tərəfindən Britaniya “Storm Shadow” raketləri ilə vurulub.

Qeyd edilir ki, AT VZPP-S zavodu Rusiyanın aparıcı mikroelektronika şirkətlərindən biridir. O, sənaye, rabitə, enerji, aviasiya və digər sektorlar üçün geniş çeşiddə komponentlər istehsal edir və yığır.

Zavod Rusiya raketlərinin (“İsgəndər” və “Kalibr”lər də daxil olmaqla-red.) göyərtədəki idarəetmə sistemlərində, eləcə də radar stansiyalarında və hava hücumundan müdafiə sistemlərində (S-400) istifadə olunan tranzistorlar, diodlar, mikrosxemlər və güc modulları istehsal edir.

Xatırladaq ki, 18 iyunda Moskva neft emalı zavoduna Ukraynanın kütləvi pilotsuz təyyarə hücumu nəticəsində neft emalı əməliyyatları qeyri-müəyyən müddətə dayandırılıb.

N. Orucov
 

Reklam