Advert
Advert

Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlanıb

Tarix:
Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlanıb
Reklam

Kanadanın Baş naziri Mark Karni Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Yeni məhdudiyyətlər Rusiyanın “kölgə donanmasını”, enerji gəlirlərini, müdafiə sənayesini və dezinformasiya fəaliyyətlərini hədəf alır.

Reyting.az bildirir ki, bu barədə Kanada Baş nazirinin rəsmi internet səhifəsində məlumat verilib. 

Mark Karni yeni sanksiyalar paketini G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi görüş zamanı açıqlayıb.

Baş nazirin sözlərinə görə, sanksiyalar Rusiyanın hərbi fəaliyyətləri ilə əlaqələndirilən 162 fiziki şəxsə, təşkilata və “kölgə donanmasına” aid gəmiyə şamil olunacaq.

Karni bildirib ki, Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə məsuliyyət daşıyan 3400-dən çox fiziki və hüquqi şəxsə, eləcə də 600-dən artıq gəmiyə qarşı artıq sanksiyalar tətbiq edib.

Xatırladaq ki, mart ayının sonunda Kanada Rusiyanın “kölgə donanması”na məxsus tankerlərə qarşı əlavə məhdudiyyətlər tətbiq etmişdi.

Bundan əvvəl, fevralın 24-də - Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümündə Kanada hökuməti yeni sanksiyalar paketi qəbul etmiş, o cümlədən “kölgə donanması”na aid 100 gəmini məhdudiyyətlər siyahısına daxil etmişdi.

Y. Qacar

Reklam