ABŞ Senatında yeni anti-Rusiya sanksiyaları və Ukraynaya yardımla bağlı qanun layihəsi hazırlanır.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bundan əvvəl ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə yardımın göstərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Konkret olaraq, sənəddə Rusiya məmurlarına, bank sektoruna və bir neçə əsas iqtisadi sektora əlavə məhdudiyyətlərin tətbiqi, həmçinin Rusiya mal və xidmətlərinə tariflərin ən azı 500 faizə qədər artırılması təklif edilir.
Y. Qacar