Bu gün Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsinin Krivoy Roq yaşayış məntəqəsinə hücum edib. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
Reyting.az-ın xəbərinə görə, bu barədə Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərirlər.
O. Qanja əlavə edib ki, ruslar bir neçə hücum təşkil edib və infrastruktura da ziyan dəyib.
V. Quliyev