“İrana qarşı hərbi əməliyyatın bir hissəsi olaraq Avropa aviabazalarından təxminən 5000 ABŞ təyyarəsi havaya qalxdı və bu, Avropanın Vaşinqton üçün vacib hərbi müttəfiq olaraq qaldığını təsdiqlədi”.
Reyting.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte “Financial Times” qəzetinə müsahibəsində deyib.
Baş katib bildirib ki, "Böyük mənzərəyə baxsanız, Avropa ölkələrinin vədlərinə əməl etdiyini görərsiniz. Bu, "Epik Qəzəb" əməliyyatına dəstək olaraq Avropa hava limanlarından 4000, bəlkə də 5000-ə qədər Amerika uçuşunun həyata keçirilməsinə səbəb olub".
Rutte əmindir ki, Avropa yenidən ABŞ-ın güc nümayiş etdirməsi üçün əsas platformadır.
Bununla belə, baş katib etiraf edib:
"ABŞ-da avropalıların ikitərəfli razılaşmalara həmişə əməl etmədiyi tək-tək hallar səbəbindən ümumi məyusluq var. Mən demirəm ki, tək-tək məyusluq halları mövcud deyil, amma ümumilikdə mənzərə çox müsbətdir".
Rutte qeyd edib ki, Avropanın yenidən silahlanma proqramı 300 milyard dollarlıq silah sifarişləri sayəsində 195.000 Amerika müdafiə sənayesi işçisi üçün iş yeri təmin edir.
E. Kamal